"Zirə" daha 3 futbolçusu ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, müqaviləsi başa çatan bir yerli və iki legioner futbolçu komandadan ayrılıb.Belə ki, yerli qapıçı Orxan Sadıqlı, müdafiəçilər - perulu Alvaro Ampuero və rumın Adrian Skarlatake yola salınıb.
Qeyd edək ki, "Zirə" bundan əvvəl Anastasios Papazoğlu, Miloş Bakraç və Yovan Krneta ilə yollarını ayırıb.