“Keşlə” yeni transferini açıqlayıb.
Sportarena.az klubun saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi "Sabah"dan ayrılan Cavid İmamverdiyev ilə müqavilə imzalayıb.
Cavid “Karvan”, “Neftçi”, “Sumqayıt” və “Elazığspor” kimi klublarda da çıxış edib. 29 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Sabah"da 14 oyunda 2 qol vurub, 2 assist edib.