"Qarabağ" daha bir futbolçu ilə yolları ayırdı

14:54 1 İyul 2020

"Qarabağ" klubu son olaraq icarə əsasında "Zirə"də çıxış etmiş Nicat Süleymanovla yollarını ayırıb. 

 

Sportarena.az xəbər verir ki, Süleymanov "Report"a açıqlamasında azad agent statuslu futbolçuya çevrildiyini bildirib. O, "Zirə"də qalıb-qalmayacağının sual altında olduğunu söyləyib: "Məni komandada daha bir mövsüm görmək istədiklərini demişdilər və yeni müqavilə təklif etmişdilər. Komandanın hazırkı durumu isə bəlli deyil. "Qarabağ"dan transfer kağızımı götürəndən sonra "Zirə" mənimlə əlaqə saxlamayıb. Klubda kimin qalıb-qalmayacağı bəlli deyil. Ona görə hələ ki, gözləyirəm". 

 

Qeyd edək ki, "Qarabağ" daha öncə qapıçı Vaqner da Silva, müdafiəçilər Ailton Silva və Faysal Rerrasla yollarını ayırıb. 


Digər xəbərlər

Xəbər xətti