“Sumqayıt" onu göndərdi

15:06 1 İyul 2020

"Sumqayıt" klubu futbolçusu Mehdi Şərifi ilə yolları ayırıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı iranlı hücumçunun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

 

Qeyd edək ki, Mehdi Şərifi 2019-cu ilin avqustunda "Sumqayıt"a keçib. Onun klubla daha bir illik müqaviləsi var idi.Daha əvvəl "Sumqayıt"ın futbolçularından Şəhriyar Əliyev "Keşlə"yə, Elvin Cəfərquliyev "Qarabağ"a keçib.

 

Əlavə edək ki, M.Şərifi bu mövsüm Premyer Liqada 5 qol vurmuşdu.


Digər xəbərlər

Xəbər xətti