Kubok bombardiri - "Qəbələ" tarixində 3-cü dəfə

16:20 1 İyul 2020

“Qəbələ”nin futbolçusu Klesio Bauk Azərbaycan kubokunun yarımçıq başa çatan 2019/20 mövsümünün bombardiri olub.

 

Sportarena.az xəbər verir ki, 3 qol vuran yarımmüdafiəçi yarımfinal ərəfəsində dayandırılan turnirin ən məhsuldar iki futbolçusundan biridi. Klesio Bauk “Keşlə”nin oyunçusu Xəzər Mahmudovla şərikli bombardir olub.

 

“Qırmızı-qaralar” cari mövsüm kubokda yalnız 1/4 finalda meydana çıxıb. Bu mərhələdən mübarizəyə başlayan komandanın yarımfinala yüksəlməsinə mozambikli əcnəbi öz qolları ilə töhfə verib. O, “Sabah”la ev oyununda (3:0) iki, səfər matçında (3:2) bir dəfə fərqlənib.

 

Klesio “Qəbələ”nin tarixinə Azərbaycan kubokunun bombardiri olan 3-cü futbolçu kimi düşüb. Ona qədər iki oyunçu turnirin ən məhsuldar futbolçusu adına yiyələnib. 2013/14 mövsümündə 3 qol vuran Viktor Mendi yarışın şərikli bombardiri olub. 2017/18 mövsümündə isə Filip Ozobiç 4 topla bütün rəqiblərini qabaqlayıb.


Digər xəbərlər

Xəbər xətti