AFFA-nın Roy Kinə təklif etdiyi məbləğ açıqlandı

15:14 3 İyul 2020

AFFA-nın milli komandamıza baş məşqçi təyin etmək istədiyi Roy Kinə təklif etdiyi məbləğ açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu haqda independent.ie saytı məlumat yayıb.

 

Saytın iddiasına görə, AFFA irlandiyalı mütəxəssisə illik 650 min avro (1 milyon 240 min 850 manat) təklif edib. Qeyd edilib ki, millimizin baş məşqçisi vəzifəsinə namizədlərdən olan Kinə təyinatı gerçəkləşəcəyi halda Azərbaycanda daimi yaşaması əsas şərtlərdən biri kimi irəli sürülüb. Bu məsələdə isə 48 yaşlı mütəxəssisin tərəddüd etdiyi bildirilir.


Digər xəbərlər

Xəbər xətti