Çexiya millisinin sabiq futbolçusu Milan Baroş karyerasını bitirib.
Sportarena.az xəbər verir ki, ölkəsində "Banik" klubunda çıxış edən 38 yaşlı hücumçu zədəsinə görə belə qərar verib.
Qeyd edək ki, Milan Baroş 2005-ci ildə "Liverpul"un heyətində Çempionlar Liqasının qalibi olub. Təcrübəli hücumçu "Aston Villa", "Lion", "Qalatasaray", "Antalyaspor" kimi klublarda da çıxış edib.