Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi" klubdan ayrılan ödənişli legionerlərin yerini doldurmağa çalışır.
Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" "Sabah"la olan müqaviləsinin müddəti başa çatan Ramil Şeydayevi heyətə qatmaq istəyir. Karyerasını ölkə xaricində davam etdirməyi qarşısına məqsəd qoyan Şeydayev isə "ağ-qaralar"ın formasını geyinmək variantına son variantlardan biri kimi baxır.
"Qəbələ"nin mozambikli vingeri Klesio Bauk da Bakı təmsilçisinin rənglərinə bağlamağa hazırlaşdığı adlardandı. Baukun maddi vəziyyəti yaxşı olmayan Qəbələ təmsilçisini "Neftçi"yə dəyişmək ehtimalı az deyil.
"Səbail"in hücumçusu Ruslan Hacıyevə də göz dikən gümüş medalların sahibi sözügedən futbolçularla danışıqları davam etdirir.