Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsi Birinci Liqada (ikinci divizion) 2019-20 mövsümünü vaxtından əvvəl bitirmək qərarına gəlib.
Sportarena.az xəbər verir ki, danışılmış oyunlar səbəbindən mövsüm erkən başa çatdırılıb. Toplam 5 klub ("Araqats", "Torpedo", "Masis", "Yerevan" və "Lokomotiv") və 58 nəfərin adı oyun alqı-satqısında hallanır. Onlardan 45-nin ömürlük, digərlərinin isə müəyyən müddətlik futboldan uzaqlaşdırılacağı bildirilib.
Mövsümün dayandırıldığı ərəfədə 70 xalı olan "Van" və "Lokomotiv" klubları liderliyi bölüşürdülər.