Futbol üzrə Almaniya kubokunun final oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, həlledici oyunda Bundesliqanın 2019/20 mövsümünün qalibi “Bavariya” “Bayer”lə qarşılaşıb. Matç Münhen təmsilçisinin 4:2 hesablı qələbəsiylə başa çatıb. Beləcə, “Bavariya” bu mövsümü “qızıl dubl”la bitirib.
Qeyd edək ki, bu, “Bavariya”nın tarixində 20-ci belə uğurdur.
Almaniya kuboku
Final
Bayer – Bavariya 2:4
Qol: Bender, 63. Haverts, 90+4-pen – Alaba, 16. Qnabri, 24. Levandovski, 59; 89.