Futbol üzrə İtaliya A Seriyasının 30-cu turunun “Torino” ilə ev oyunu “Yuventus”un qapıçısı Canluici Buffon üçün əlamətdar olub.
Sportarena.az xəbər verir ki, 42 yaşlı qolkiper bu oyunda meydana çıxmaqla A Seriyası tarixində yeni rekord müəyyənləşdirib.Ölkə çempionatındakı oyun sayını 648-ə çatdıran Buffon “Milan”nın sabiq müdafiəçisi Paulo Maldinini geridə qoyaraq bu göstəricidə ilk pilləyə yüksəlib. Maldini 1984-2009-cu illərdə elitada 647 görüşdə iştirak etmişdi.
Qeyd edək ki, “Yuventus” ötən həftə Buffonla yeni 1 illik müqavilə imzalandığını açıqlamışdı.