Braziliya milli futbol komandasının keçmiş baş məşqçisi Vanderley Luşemburquda koronavirus infeksiyası aşkarlanıb.
Sportarena.az xəbər verir ki, bu barədə məşqçi özü sosial media hesabında bildirib. O deyib ki, COVID-19 üçün götürülən analizin cavabı müsbət çıxdığı üçün dərhal rəhbərlik etdiyi "Palmeyras"ın məşqlərindən ayrılıb.
Xatırladaq ki, Vanderley Luşemburqu 1998 - 2000-ci illərdə Braziliya millisinin baş məşqçisi olub.