41 yaşında karyerasını başa vurdu

13:07 8 İyul 2020

Almaniyanın “Verder” klubunun forvardı Klaudio Pisarro karyerasını başa vurub.

 

Sportarena.az xəbər verir ki, 41 yaşlı futbolçu bu qərarını “Haydenhaym”la keçirdiyi pley-off matçından (2:2) sonra açıqlayıb.

 

Qeyd edək ki, Pisarro karyerası ərzində “Çelsi”, “Bavariya” kimi klubların da şərəfini qoruyub. O, ümumilikdə 6 dəfə Bundesliqa çempionluğunu qazanıb.


Digər xəbərlər

Xəbər xətti