“Neftçi” Rəhman Hacıyevlə müqavilə müddətini uzadıb.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 il artırılıb. Belə ki, Rəhman Hacıyev gələn mövsümün sonunadək “Keşlə” klubuna icarəyə verilib.
Qeyd edək ki, Rəhman Hacıyev "Neftçi”də keçirdiyi 6 mövsüm ərzində 166 oyunda meydana çıxıb, 16 qol vurub.