PFL “Neftçi” və “Keşlə”ni mükafatlandırdı

17:13 8 İyul 2020

Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün gümüş və bürünc medalları Peşəkar Futbol Liqası tərəfindən müvafiq olaraq “Neftçi” və “Keşlə” klublarına təqdim olunub. 

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, Covid-19 pandemiyası səbəbindən kütləvi keçirilməyən tədbirlərdə medallar klubların bazalarında təqdim edilib. Bundan əlavə, “Neftçi”nin heyətində mövsümün bombardirlərindən olmuş Baqali Dabo və Stiven Monrozun mükafatı “Neftçi” klubuna, “Sumqayıt”ın heyətində bombardir olmuş Peyman Babayinin mükafatı “Sumqayıt” klubuna verilib. 

 

Xüsusi mükafatlar və medallar klublar tərəfindən futbolçulara təqdim olunacaq.


Digər xəbərlər

Xəbər xətti