Azərbaycan çempionu “Qarabağ” təlim-məşq toplanışı üçün Qəbələni seçib.
Sportarena.az xəbər verir ki, bu barədə oxu.az-a klubun direktoru Əmrah Çəlikəl deyib. Onun sözlərinə görə, komanda Çempionlar Liqasına Qəbələdə hazırlaşacaq:
“Artıq bu şənbə (11 iyul) Qəbələyə yola düşəcəyik. Ancaq hələ hansı hoteldə qalacağımız dəqiqləşməyib. Onu deyə bilərəm ki, minimum 15 gün orada hazırlıq keçəcəyik. Lakin toplanışın neçə gün olacağına baş məşqçimiz Qurban Qurbanov qərar verəcək”.
Gümüş mükafatçı “Neftçi” də Qəbələyə yollanacaq. Bürünc mükafatçı “Keşlə” isə Şamaxı variantını seçib. Məşq keçməsinə icazə verilən dördüncü komanda - “Sumqayıt”da isə planlar hələ dəqiqləşməyib.
“Qarabağ” Çempionlar Liqasında ilk oyununu avqustun 18 və ya 19-da, Avropa Liqasında mübarizə aparacaq “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə avqustun 27-də keçirəcək.