Günay Məmmədzadə Qran-Pri turnirində çıxışını dayandırdı

11:15 9 İyul 2020

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Women's Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin üçüncü mərhələsinin 1/8 final yarışı keçirilib.

 

Sportarena.az xəbər verir ki, yarışda Azərbaycan şahmatçısı Günay Məmmədzadə rəqibi çinli Venjun Ju ilə mübarizədə 2,5:7,5 hesabla məğlub olaraq çıxışını dayandırıb.

 

G.Məmmədzadənin bundan əvvəl Qran-Prinin birinci və ikinci mərhələlərində çıxışı da uğurlu alınmayıb.


Digər xəbərlər

Xəbər xətti