Şamaxıda stadion tikintisinə başlanıldı

00:11 10 İyul 2020

AFFA ilə Şamaxı rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında Şamaxı şəhərində yeni stadionun inşası başlanıb.

 

Sportarena.az xəbər verir ki, 2200 nəfər azarkeş tutumuna malik olacaq stadionda müvafiq standartlara cavab verən əsas meydandan başqa iki süni örtüklü meydançanın da inşası layihədə öz əksini tapıb. Əsas meydanın tribunaları tavanla örtüləcək. Süni örtüklü meydançalarda isə ümumilikdə 300 azarkeş üçün oturacaqlar quraşdırılacaq. Əsas meydanın ətrafında qaçış zolağı olacaq.

 

Stadionun inşasının maliyyələşdirilməsi UEFA-nın “Hat-Trick” layihəsi və AFFA-nın büdcəsi hesabına həyata keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti