Moldova çempionatında 2-ci turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, Azərbaycanın yığmasının keçmiş üzvü Amit Quluzadənin çıxış etdiyi “Milsami” səfərdə “Daçiya” ilə qarşılaşıb. Oyun qolsuz başa çatıb.Amit 59-cu dəqiqədə meydana çıxmaqla yeni klubunda debüt edib.
Qeyd edək ki, "Milsami" 2 xalla turnir cədvəlində 10 komanda arasında 7-cidir.