"Neftçi” daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.
Sportarena.az klubun saytına istinadla xəbər verir ki, qapıçı Aqil Məmmədovla anlaşma daha 2 illiyə artırılıb. Təcrübəli qolkiper 2021/2022-ci illər mövsümünün sonunadək "ağ-qaralar”ın formasını geyinəcək.
Bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov, Ömər Buludov, Kamran İbrahimov və Rəhman Hacıyev də yeni anlaşmaya imza atmışdı.