Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün başlama vaxtı müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov bildirib. Onun sözlərinə görə, İK-nın bugünkü iclasında AFFA-nın prezidenti Rövnəq Abdullayev çempionatın avqustun ortalarında başlanılmasına tapşırıq verib.
Sadıqov bu gündən avrokuboklarda iştirak edəcək klublar üçün Nazirlər Kabineti yanında Operativ Qərargahdan rəsmən icazənin alındığını da əlavə edib.(Report)