Almaniya klubu "Qarabağ"dan qayıdan futbolçunu istəmir

13:44 13 İyul 2020

"Ştutqart" "Qarabağ"la icarə müddəti başa çatan Aylton Silva ilə yolları ayıracaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun idman direktoru Sven Mislintat Almaniya mətbuatına açıqlamasında deyib. O, braziliyalı müdafiəçinin komandada rəqabət aparmaq gücündə olmadığını bildirib: "Komandadakı hazırkı rəqabəti nəzərə alaraq, Ayltona burada şans görmürük. Buna görə də hər iki tərəf üçün sərfəli variant axtarırıq".
 

Aylton Silvanın klubu ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir."Ştutqart" 2020/21 mövsümündə Bundesliada çıxış edəcək. 


Digər xəbərlər

Xəbər xətti