Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə qrup mərhələsi çərçivəsində keçirəcəyi ev oyunlarının stadionu müəyyənləşib.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimizin hər 3 ev oyunu Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq.
Yığmamız Bakıda sentyabrın 5-də Lüksemburq (17 noyabr – səfər oyunu), oktyabrın 13-də Kipr (8 sentyabr – səfər oyunu), noyabrın 14-də isə Monteneqro (10 oktyabr – səfər oyunu) yığması ilə qarşılaşacaq.
Xatırladaq ki, millimiz son dəfə BOS-da 2018-ci ildəki Millətlər Liqasında çıxış edib.