"Sumqayıt" 2 futbolçusu ilə müqaviləni yenilədi

18:45 16 İyul 2020

Ölkəmizi ilk dəfə Avroliqada təmsil edəcək “Sumqayıt” 2 futbolçusu ilə müqaviləni yeniləyib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Mehdi Cənnətov və müdafiəçi Elvin Bədəlovun sözləşməsi uzadılıb.
 

Qeyd edək ki, 2017-ci ildən “Sumqayıt”da çıxış edən Cənnətov ümumilikdə 55 qarşılaşmada meydanda olub. 2019-cu ildə bu komandaya qoşulan Elvin Bədəlov isə 20 oyun keçirib. 1343 dəqiqə meydanda olan mərkəz müdafiəçisi 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti