"Neftçi"dən ayrılan futbolçudan Azərbaycana dəstək

20:21 16 İyul 2020

2019/2020 mövsümünün sonunda "Neftçi"dən ayrılan futbolçu Soni Mustivar son günlər Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində baş verən hadisələrə biganə qalmayıb.

 

Sportarena.az xəbər verir ki, haitili yarımmüdafiəçi şəxsi "Instagram" hesabı vasitəsilə ölkəmizə dəstəyini nümayiş etdirib. "Bütün düşüncələrim və dualarım Azərbaycan və şəhid ailələri ilə birlikdədir", - 30 yaşlı oyunçu yazıb.

 

Qeyd edək ki, Soni Mustivar "Neftçi”də keçirdiyi üç mövsüm ərzində 56 oyunda meydana çıxıb, 3 qola imza atıb. (Report)


Xəbər xətti