“Sumqayıt” Tellur Mütəllimovun ardınca daha bir futbolçunu heyətinə cəlb edib.
Sportarena.az klubun saytına istinadla xəbər verir ki, son mövsümü “Zirə”də keçirmiş Elvin Məmmədovla 1 illik müqavilə imzalanıb.
2018/19 mövsümündə “Sumqayıt”da oynamış Elvin Məmmədov (15 oyun, 2 qol) “Zirə” (50 oyun 5 qol) ilə yanaşı “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Qəbələ”nin (11 oyun, 2 qol) uğurları üçün çalışıb. 2008-ci ildə ilk dəfə əsas milliyə dəvət almış 31 yaşlı yarımmüdafiəçi yığmanın heyətində 37 qarşılaşmada 7 qol vurub.