Azərbaycanın olimpiya mükafatçısı orduya yazıldı

12:34 18 İyul 2020

Azərbaycan boksçusu Kamran Şahsuvarlı könüllü olaraq orduya yazılıb. 

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"a 28 yaşlı idmançının özü məlumat verib. 75 kq çəki dərəcəsində çıxış edən olimpiya mükafatçısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsinə yaxınlaşdığını bildirib. 

 

Şahsuvarlı hər zaman müharibəyə getməyə hazır olduğunu söyləyib: "Öz fikrimlə getdim və qeydiyyata düşdüm. Mən bunu heç bir sosial şəbəkədə paylaşmamışdım. Yəqin ki, kimsə məni tanıyıb və paylaşıb. Səfərbərlik olacağı təqdirdə hər zaman döyüşə getməyə hazıram". 

 

Qeyd edək ki, Kamran Şahsuvarlı Rio-2016 Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.  


Digər xəbərlər

Xəbər xətti