"Qarabağ"ın yeni transferi Kevin Medina Bakıya gəlib.
Sportarena.az xəbər verir ki, 27 yaşlı kolumbiyalı müdafiəçi bu barədə "Instagram" hesabında paylaşım edib.Oyunçu Bakı Olimpiya Stadionunun fotosunu paylaşıb. Medina rəsmi müqavilə imzaladıqdan sonra təlim-məşq toplanışı üçün Qəbələyə yollanacaq.
Qeyd edək ki, "Qarabağ"ın Kevin Medina ilə 3 illik müqavilə imzalayacağı gözlənilir. 27 yaşlı stoper Portuqaliyanln "Çaves" klubundan transfer olunub. O, ötən mövsüm bu komandanın heyətində 22 oyuna çıxaraq 1 qol vurub. Kevin Medina əvvəllər Portuqaliyanın "Naval", "Moura", "Sintrense", "Pinhalnovense" və "Akademika Viseu" klublarında oynayıb.