“Neftçi” daha bir əcnəbu futbolçunu transfer edib.
Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrin ilə 2 il müddətinə müqavilə bağlayıb. 24 yaşlı futbolçu “ağ-qaralar”da 29 nömrəli formanı geyinəcək.
Sabir Buqrin Belçikanın “Lyers” (2014-2018; 82 oyun, 3 qol), Fransanın “Paris” (2018-2019; 4 oyun) və Lüksemburqun “Dudelanj” (2019-2020; 20 oyun, 2 qol) klublarında oynayıb.