"Neftçi” futbolçusu Turan Vəlizadəni 1 il müddətinə icarəyə verib.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən, 19 yaşlı yarımmüdafiəçi gələn mövsümün sonunadək "Keşlə”də çıxış edəcək.
Qeyd edək ki, Turan Vəlizadə "Neftçi”də keçirdiyi 2 mövsüm ərzində əsas komandada 2 oyun keçirib.