Gələn mövsüm Türkiyə Superliqasında oynayacaq “Hatayspor” "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ilə danışıqları davam etdirir.
Sportarena.az xəbər verir ki, bu barədə "Hatayspor”un prezidenti Nihat Tazearslan "CBC Sport"a açıqlama verib: "Hələ heç nə bəlli deyil. Hər şey bu həftə bəlli olacaq. Hazırda danışıqlar davam edir. Cümə günü İdarə Heyəti ilə toplantı keçirəcəcəyik və bu məsələyə də orada aydınlıq gələcək".