Türkiyə Super Liqasına yüksələn "Hatayspor"un yeni baş məşqçisi məlum olub.
Sportarena.az xəbər verir ki, komandanın yeni baş məşqçisi Samet Aybaba olub. 65 yaşlı mütəxəssis bu vəzifədə Mehmet Altıparmakı əvəz edib.
"Hatayspor" daha öncə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla danışıqlar aparmışdı.