"Qarabağ"ın yeni transferi Uroş Matiç açıqlama verib.
Sportarena.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan 30 yaşlı yarımmüdafiəçi "Qarabağ"a gəldiyi üçün xoşbəxt olduğunu bildirib:
"Təbii ki, "Qarabağ" haqqında məlumatım var idi, bilirdim ki, ölkənin ən böyük klubudur. Bilirdim ki, müntəzəm olaraq avrokuboklarda çıxış edir, bu da mənim "Qarabağ"ı seçməyimdə əsas rol oynadı. Artıq "Qarabağ"ın içindəyəm. Bir daha şahidi oldum ki, bu uğurların heç biri təsadüf deyil. Komandada çox yaxşı ailə atmosferi var və çox xoşbəxtəm ki, bu ailənin bir üzvünə çevrildim. Yeni komandama fayda vermək üçün bütün gücümlə çalışacağam və oyunumla özümü azarkeşlərə sevdirəcəm".