Mayk Taysonun döyüş videosunda şübhəli məqam aşkarlandı

Sportarena.az      29 İyul 2020 , 10:34

Boks üzrə keçmiş dünya çempionu, amerikalı Corc Forman həmyerlisi, eyni zamanda keçmiş dünya çempionu Mayk Taysonun məşq videosunda şübhəli məqam aşkarlayıb.

 

Forman bildirib ki, Tayson nədənsə sağ ayağını yükləmir: “Mayk sağ əli ilə zərbə vurduğu zaman sağ ayağının hərəkət etmədiyi diqqətimi çəkdi. O, olduğu yerdə qalır”.

 

O, eyni zamanda, Taysonun sol ayağında hər şeyin qaydasında olduğunu vurğulayıb. Forman qeyd edib ki, Tayson azarkeşlərə yalnız istədiyi məqamları göstərir.

 

Qeyd edək ki, Tayson aprelin sonunda xeyriyyə turnirləri üçün peşəkar rinqə qayıtmaq istədiyini deyib. Amerikalı 2005-ci ildən bəri döyüşməyib. O, iştirak etdiyi 58 döyüşün 50-də qalib gəlib.

 

54 yaşlı Tayson sentyabrın 12-də Kaliforniyada keçmiş dünya çempionu, 51 yaşlı Roy Consla döyüşəcəyini bildirib. (oxu.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin