Kənan Hakimovun aparıcısı olduğu "Bol idman" verilişinin budəfəki buraxılışında avrokuboklarda mübarizə aparacaq klublarımızın Qəbələ toplanışı,"Zirə" və "Sabah" klublarında baş verən məşqçi dəyişikliyi, "Səbail" və "Qəbələ" klubunun maliyyə durumu müzakirə olunub.
Sportarena.az xəbər verir ki, verilişin qonaqları Qol.az saytının baş redaktoru Aydın Bağırov və sport24.az saytının redaktoru Mehman Süleymanov olub.