Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsində qarşılaşa biləcəyi bütün rəqiblər bəllidi. Bu, ilkin mərhələnin iştirakçılarının dəqiqləşməsi ilə reallaşıb.
Sportarena.az xəbər verir ki, səpələnmişlər səbətində qərarlaşan Ağdam təmsilçisi nisbətən zəiflərin yer aldığı “səpələnməmişlər”dən biri ilə üz-üzə gələcək. Orda isə 16 komandanın adı dəqiqləşib. Yalnız ilkin mərhələdən hansı klubun gələcəyi hələlik bilinmir.
Bu isə o deməkdi ki, ilk raundda yer alan 4 komanda da “Qarabağ” üçün potensial rəqib hesab olunmalıdı. Üstəlik, I təsnifat mərhələsinin püşkü ilkin raundun qalibi müəyyənləşməmiş atılacaq.
Çempionlar Liqası, 2020/21 mövsümü
İlkin mərhələ
Yarımfinallar
“Tre Fiori” (San-Marino) – “Linfild” (Şimali İrlandiya)
“Drita” (Kosovo) – “İnter” (Eskaldes, Andorra)
I təsnifat mərhələsi
Səpələnmişlər: “Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), “Qarabağ” (Azırbaycan), “Legiya” (Polşa), “Makkabi” (Tel-Əviv, İsrail), “Molde” (Norveç), “Şerif” (Moldova), “Ferensvaroş” (Macarıstan), “Dandolk” (Şimali İrlandiya), “Slovan” (Bratislava, Slovakiya), “Suduva” (Litva), “Omoniya” (Kipr), Rumıniya çempionu, “Sarayevo” (Bosniya və Herseqovina), “Dinamo” (Tbilisi, Gürcüstan)
Səpələnməmişlər: “Fola” (Lüksemburq), “Yurqorden” (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Tallin, Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Çelye” (Sloveniya), “Ararat” (Ermənistan”)*, “Reykyavik” (İslandiya), “KuPS” (Finlandiya), “Tirana” (Albaniya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta), ilkin mərhələnin qalibi.
İlkin mərhələnin oyunları 8-11 avqustda İsveçrənin Nyon şəhərində keçiriləcək. I təsnifat mərhələsinin püşkü avqustun 9-da atılacaq. Bu mərhələnin oyunları sözügedən ayın 18-19-da keçiriləcək.
*- Qaydalara əsasən, Azərbaycan və Ermənistan klubları iki ölkə arasındakı münaqişəyə görə rəqib ola bilməz.