"Qarabağ" daha bir legioner transfer edir - SON DURUM

01:00 30 İyul 2020

Son olaraq Danimarkanın "Kopenhagen" klubundan Uroş Matiçi heyətinə qatan "Qarabağ" daha bir transfer etməyə hazırlaşır.

 

Sportarena.az sportinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu yenə ölkə xaricinə üz tutub.

 

Qurban Qurbanovun gücləndirmək istədiyi mövqe yarımmüdafiə xəttidi. Baş məşqçinin maraq dairəsinə düşən 3 əcnəbi futbolçu ilə danışıqlar paralel olaraq davam etdirilir. Hansı biri ilə görüşmələr tez başa çatdırılsa, o da Azərbaycana dəvət olunacaq.

 

Qeyd edək ki, "Qarabağ" yay transfer pəncərəsi dövründə 3 legionerlə güclənib. Ağdam klubu "Kopenhagen"dən Uroç Matiç, Portuqaliya "Çaves"indən Kevin Medina və "Neftçi"dən Donald Geryeni heyətinə qatıb. Yerli futbolçulardan isə qapıçı Emil Balayev transfer olunub. Son mövsümün 4 ayını "Zirə"də keçirən qapıçı da 4 il öncə ayrıldığı "Qarabağ"a dönüb.


Digər xəbərlər

Xəbər xətti