Türkiyə Super Liqasında bu mövsüm aşağı liqaya düşən klub olmayacaq.
Sportarena.az xəbər verir ki, bu barədə federasiya qərar verib. Yeni mövsüm çempionatda 21 komanda mübarizə aparacaq. 2020/21 mövsümünün sonunda Super Liqanı 4 klub tərk edəcək. 2021/22 mövsümündə isə çempionatda 20 komanda yarışacaq.
Bu qərardan sonra "Ankaragücü", "Yeni Malatyaspor" və "Kayserispor" Super Liqada qalıb.
Türkiyənin I, II və III liqalarında da aşağı dəstəyə düşən klublar olmayacaq. Bundan əlavə, federasiya əcnəbi limitini ləğv edib. Qərara əsasən, limit 2021/22 mövsümündən qüvvəyə minəcək.