Azərbaycanın MMA-dakı ilk qadın idmançısı ikinci döyüşünü keçirəcək

11:11 30 İyul 2020

Azərbaycanın peşəkar MMA-dakı ilk qadın döyüşçüsü Suad Səlimova bu növdə ikinci döyüşünü keçirəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə xanım döyüşçü özü “Facebook” profilində paylaşım edib. O bildirib ki, mövcud koronavirus pandemiyası sona yetəndən sonra növbəti qarşılaşmasına çıxacaq. Hələlik Suad Səlimovanın rəqibinin kim olduğu barəsində məlumat yoxdur.

 

Qeyd edək ki, MMA-ya peşəkar kikboksinqdən keçid etmiş “Dəmir qız” (“Iron Girl”) ilk döyüşünü 2018-ci ildə Romada keçirmişdi.

 

İlk rəqibi yerli idmançı Maria Vittoria Kolonna olan Suad sözügedən döyüşdə məğlub olmuşdu. (oxu.az)


Digər xəbərlər

Xəbər xətti