“Formula-1” yarışlarında iştirak edən “Racing Point” komandasının pilotu Serxio Peres koronavirusa yoluxub.
Sportarena.az xəbər verir ki, Peres əvvəlcə nəzərdə tutulmuş mətbuat konfransına qatılmayıb.Buna səbəb onun COVID-19 testinin şübhəli nəticə verməsi olub. Növbəti test isə müsbət nəticə göstərib.