Ronaldonun yeni yaxtasının qiyməti məlum oldu - FOTOLAR

11:02 31 İyul 2020

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo yeni yaxta alıb.

 

Sportarena.az xəbər verir ki, yaxta Ronalduya 5,5 milyon funta (6,08 milyon avro) başa gəlib. Onun 5 kabini, 6 vanna otağı, 2 istirahət zonası, böyük yemək otağı, müasir mətbəxi və panoramik dəniz mənzərəsinə açılan pəncərələri var.

 

Portuqaliyalı futbolçu bu yaxınlarda yaxtadakı fotosunu "Instagram" hesabında paylaşmışdı.



Xəbər xətti