Dünya çempionu oğluna görə karyerasını erkən bitirdi

12:40 1 Avqust 2020

Almaniya millisinin keçmiş üzvü Benedikt Hövedes peşəkar karyerasını başa vurub.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı dünya çempionunun son klubu Moskva “Lokomotiv”i olub.Qəzetə müsahibəsində Hövedes bilidirb ki, oğlumla keçirdiyim vaxtın mənə nə qədər sevinc bəxş etdiyini gördüm. Birdən futbol mənim üçün əhəmiyyətini dayandırdı.

 

Futbolçu tərəflərin qarşılıqlı razılığı ilə “Lokomotiv”lə müqaviləyə 2020-ci ilin iyununda xitam verib. O, son komandasında 50 matç keçirib, dörd qol vurub.Karyerasının çox hissəsini “Şalke”də keçirən və çıxdığı 335 oyunda 23 qol vuran Hövedes “Yuventus”da da icarə əsasında oynayıb.

 

O, Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu olub. Müdafiəçi “Bundestim”in formasında 44 dəfə meydana çıxıb, iki qol vurub.


Digər xəbərlər

Xəbər xətti