Ronaldo dünyanın ən bahalı avtomobilini aldı - FOTO

12:53 2 Avqust 2020

Portuqaliya millisinin və “Yuventus”un oyunçusu Kriştiano Ronaldo İtaliya A seriyasının çempionu adını qazandıqdan sonra özünü 9,5 milyon avroluq dünyanın ən bahalı avtomobili ilə mükafatlandırıb.

 

Sportarena.az xəbər verir ki, İnstaqram səhifəsində yeni avtomobilinin fotosunu paylaşan futbolçu “Mənzərəni siz seçin” yazıb. 35 yaşlı Ronaldonun maşın kolleksiyasına daxil etdiyi yeni avtomobili dünyada cəmi 10 ədəd istehsal olunan “Bugatti La Voiture Noire”dir. 1600 at gücündə olan bu model saatda 380 kilometr sürətlə hərəkət edə bilir.

 

Qeyd edək ki, Ronaldonun avtomobil kolleksiyasının ümumi dəyərinin 30 milyon avro olduğu təxmin edilir.



Digər xəbərlər

Xəbər xətti