Milli komandamızın yeni baş məşqçisi Canni De Byazinin daha bir köməkçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu, Alessandro Skayyadır. İtaliyalı mütəxəssis bunu ölkəsinin mətbuatına açıqlamasında özü bildirib. Skayya yığmamızda fiziki hazırlıq üzrə çalışdırıcı olacaq.
Qeyd edək ki, italiyalı Canni De Byazinin buna qədər müəyyənləşən digər üç köməkçisi də həmyerliləridir. Benni Karbone və Klaudio Beluççi De Byazinin əsas köməkçiləri, Federiko Turritsiani isə oyunların analizi üzrə mütəxəssis olacaq.