Məşhur futbolçudan arvadının ona xəyanət etdiyini deyənlərə qeyri-adi cavab - FOTO

11:43 3 Avqust 2020

İtaliya mediası “Atalanta” kluvunun sloveniyalı futbolçusu Yosip İliçiçin arvadının ona xəyanət etdiyini yazıb. 

 

Sportarena.az xəbər verir ki, mətbuat İliçiçin həyat yoldaşına sürpriz etmək üçün Sloveniyaya getdiyini, orada qadını başqası ilə yaxaladığını yazıb. Bundan başqa, onun depresiyaya düşdüyüvə futboldan uzaqlaşmaq istədiyi yazılıb. 

 

Sloveniyalı futbolçu isə bu tipli xəbərlərə son qoymaq üçün sosial şəbəkə hesabında arvadı ilə fotosunu paylaşıb. 

 

Qeyd edək ki, İtaliyanın A Seriyasında futbolçu bu mövsüm çıxdığı 34 oyunda 21 qol vurub və doqquz məhsuldar ötürmə edib. (oxu.az)



Digər xəbərlər

Xəbər xətti