"Fənərbaxça" "Beşiktaş"la sözləşməsi başa çatan Gökhan Gönülün transferini həll edib.
Sportarena.az xəbər verir ki, İstanbul klubu məşqçilər Volkan Demirel və Mehmet Aurelionun istəyi əsasında bu keçidi başa çatdırıb. Lakin "Fənərbaxça" TFF-nın maddi problemlərlə bağlı verəcəyi qərarı gözləyir. Koronavirus pandemiyasına görə aşağı düşən gəlirlər səbəbindən TFF-nin klublara güzəşt edəcəyi gözlənilir.