Mingəçevirin "Energetik” komandası fəaliyyətini dayandıra bilər.
Sportarena.az xəbər verir ki, "Region Liqası”nda çıxış edən komanda maddi baxımdan ciddi sıxıntı yaşayır. Komandanın sponsoru "Azərenerji” demək olar ki, "Energetik”ə dəstək olmur. Futbolçuların cüzi imkanları belə qarşılanmır.
Deyilənə görə, klub prezidenti və futbolçular məsələ ilə bağlı ölkə başçısına məktub da yazıb və gələcək cavabı gözləyir.