“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı müdafiəçisi Eriko da Silva ilə vidalaşıb.Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 2019/20 mövsümünün əvvəlində Rumıniyanın “Astra” klubundan “Səbail”ə keçən 31 yaşlı futbolçu Bakı təmsilçisində 12 oyuna çıxıb, 1 qolla yadda qalıb.
Xatırladaq ki, “Səbail” daha öncə Fəhmin Muradbəyli, Şəhriyar Rəhimov, Maykl Essyen, Ruslan Hacıyev və Eltun Yaqublu ilə də vidalaşmışdı.