"Zirə" Cəlal Hüseynovla yeni müqavilə bağlayıb.
Sportarena.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. 17 yaşlı futbolçu ilə əvvəlki müqavilə 2022-ci ilin yayında başa çatmalı idi. Yeni razılaşmaya əsasən futbolçu 2024-cü ilin yayına qədər komandada çıxış edəcək. Bildirək ki, Cəlal Hüseynov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də üzvüdür.