“Yuventus” Sarrini istefaya göndərdi

02:21 9 Avqust 2020

“Yuventus” baş məşqçisi Maurisio Sarrini istefaya göndərib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.61 yaşlı mütəxəssisə kluba ölkə çempionluğu yaşatdığı üçün təşəkkür edilib.

 

Qeyd edək ki, Sarri 2019-cu ilin yayından Turin təmsilçisini çalışdırırdı. Turin klubu A Seriyasının qalibi olsa da, UEFA Çempionlar Liqasının 1/8 finalında Lion “Olimpik”ini keçə bilmədi. Bu üzdən də italyan məşqçinin istefasına qərar verilib.


Digər xəbərlər

Xəbər xətti